Qaradağ rayon gənclərinin iştirakı ilə intellektual bilik yarışması keçirilmışdir
13 iyun 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ Rayon Gənclər İdarəsinin birgə təşkilatçılığı ilə “15 iyun-Milli Dirçəliş günü” münasibəti ilə Qaradağ rayonunda yerləşən H.Əliyev Muzey Mərkəzində rayon gənclərinin iştirakı ilə intellektual bilik yarışması keçirilmışdir. Tədbirdə Qaradağ YAP rayon şöbəsinin sədri Aydın Hüseynov, Baş İdarənin rəis müavini Aydın Yusifov, QRİH-nin şöbə müdiri Munis Bayramov, QRGİ-nin rəisi Elçin Abbasov və başqa qonaqlar iştirak etmişlər. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələrinin qoyulmasından sonra başlamışdır. Gənclərə Azərbaycan tarixi, dövlətçiliyimiz, H.Əliyev və onun siyasi fəaliyyəti ilə bağlı suallar verilmişdir. Tədbirin sonunda qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandirilmişlar.