Penitensiar xidmətin Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnir keçirilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Baş  İdarənin birgə tədbirlər planına müvafiq olaraq  11 – 17 avqust   2011-ci il tarixdə Penitensiar xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnir keçirilmişdir. Turnirin açılışında Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin  inspektoru, ədliyyə mayoru Samir Mehtiyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Elvin Əhmədov çıxış edərək keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Cəzaçəkmə Müəssisəsinin məhkumlarından ibarət 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilən turnirdə I yeri "Bakı" komandası,    II yeri "Qaradağ" komandası, III yeri isə "İnter" komandası tutmuşdur.
Turnirdə I, II və III yerlərə layiq görülmüş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuş, müəssisəyə voleybol toru və toplar hədiyyə edilmişdir.

18 08 2011 saat: 15:36




< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd