Paytaxt şahmatçılarını təbrik edirik.
09-19 iyun 2011-ci il tarixdə keçirilən 8, 10 və 12 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Respublika birinciliyinə yekun vurulmuşdur. 11 turdan ibarət dairəvi sistem üzrə keçirilən yarışlarda 72 nəfər iştirak etmişdir ki, onlardan da 37 nəfəri Bakı idmançısı idi. Yüksək oyun nümayiş etdirən paytaxt idmançıları nəticədə 4 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmışlar. Belə ki, Muradlı Məhəmməd (8 yaşadək oğlanlar arasında) I yerə, Qədimbəyli Abdulla (10 yaşadək oğlanlar arasında ) I yerə, Şahəliyev İsmayıl (12 yaşadək oğlanlar arasında) I yerə, Məmmədzadə Günay (12 yaşadək qızlar arasında) I yerə, İsmayılov Məhəmməd (8 yaşadək oğlanlar arasında) II yerə, Əsədli Vüqar (10 yaşadək oğlanlar arasında) II yerə,  İbrahimli Leyla (10 yaşadək qızlar arasında) II yerə, Məmmədova Nərmin (12 yaşadək qızlar arasında) II yerə, Abışlı Oğuz (12 yaşadək oğlanlar arasında) III yerə, Heydərova Aytac (10 yaşadək qızlar arasında) III yerə və Höccətova Aydan (12 yaşadək qızlar arasında) III yerə layiq görülmüşlər. II yerləri tutmuş idmançılar 10-21 sentyabr tarixində Bolqarıstanın Albena şəhərində keçiriləcək Avropa birinciliyinə, I yerləri tutmuş idmançılar isə 12-22 noyabr tarıxındə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Dünya birinciliyinə vəsiqə qazanmışlar. İdmançılarımıza uğurlar arzulayiriq. 


23 06 2011 saat: 11:43
 
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd