Pankration üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.
7-8 oktyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində pankration üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışda “Şotokay”, “Əlbəyaxa”, “Pankration” , “Şəki”, “Şəmkir” , “Sumqayıt”, “Turan” , “Ağstafa” , “Uechi-ryu” kimi komandaları təmsil edən idmançılar Aqon, Full-agon və Grappling növləri üzrə mübarizə aparmışlar. Yarışlarda 13-14 yaş arası aqon növü üzrə I yerə Muxdarlı Samir (29kq), Vəliyev Elçin (32kq), Məmmədli Namiq (36kq), Vəliyev İlkin (40 kq), İbrahimov Elnar (45kq), Abdulxalıqov Fəqan (50kq), Atakişiyev Nərbala (56kq), 15-16-17 yaş arası fuii-agon növü üzrə I yerə Hüseynzadə Əlibaba (45kq), Əsgərov Əsgər (50kq), Şəmmədov Bayram (56kq), Səmədov Pərviz (62kq), Həsənov Emin (68kq), Rzayev Tələt (74kq), Qurbanlı Həmid (90kq), Əsgərov Kamal (+90kq), 18-35 yaş arası full-agon növü üzrə I yerə Dərişov Ehtiram (60kq), Babayev Akşin (65kq), Məmmədəliyev Heydər (70kq), Musayev Orxan (75kq), Yusubov Pərvin (80kq), Məmmədli Emin (90kq), Fərzəliyev Orxan (110kq), 18-35 yaş arası grappling növü üzrə I yerə Ağayev Xəqani (60kq), Zamanlı İlkin (65kq), Əliyev Ariz (100kq)layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.