“Olimpiya dünyası” qəzetinin 10 illik yubleyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir
Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “Olimpiya dünyası” qəzetinin 10 illik yubleyinə həsr olunmuş “İdman mətbuatı və idman təşkilatlarının qarşılıqlı əlaqəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Təhsil Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov, Milli Olimpiya Komitəsinin rəsmisi Nazir Rəhimov, İdman qəzetinin baş redaktoru Qabil Mehdiyev, MOK-nin vitse prezidenti köməkçisi Həsənağa Rzayev, Gəncliyə Yardım Fondunun prezidenti Əhmət Tecim, RGİİ-nin rəisləri, veteran idmançılar, cəmiyyətlər və federasiyaların nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R. Abbasov açaraq toplantı iştirakçılarını salamlamış daha sonra “Olimpiya dünyası” qəzetinin 10 illik yubileyi münasibətilə redaksiyanın bütün əməkdaşlarını səmimi qəlbdən təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra “Olimpiya dünyası” qəzetinin baş redaktoru M. Fərzəliyev ilk növbədə “Olimpiya dünyası” qəzetinin 10 illik fəaliyyəti haqqında məlumat vermiş və“Olimpiya dünyası” qəzetinin Azərbaycanda olimpiya hərəkatının təbliğ olunmasında qəzetin rolunu xüsusi vurğulamışdır.
Tədbirdə iştirak edən rəsmi qonaqlarda öz arzu və təklifləri ilə çıxış etmişlər.