Nizami rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
2-10 sentyabr 2011-ci il tarixdə 201 saylı məktəbin futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Nizami rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər idmançı iştirak etmişdir.
  Yarışlara 10 sentyabr 2011-ci il tarixdə yekun vurulmuşdur. Yarışların nəticələrinə görə I yeri “Vətən” komandası, II yeri “Azəri” komandası, III yeri “Nizami” komandası tutmuşdur.
  Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif edilmiş, həmçinin məktəbə torlar və toplar hədiyyə edilmişdir.


13 09 2011 saat: 9:51

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd