NƏSİMİ RAYONU ÜZRƏ MƏHƏLLƏLƏRARASI MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR
14-19 avqust 2010-cu il tarixdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Nəsimi rayonunda yerləşən 240 saylı ora məktəbin futbol meydançasında Nəsimi rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir.
1998-99-cu il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir.
Yarışın yekun nəticələrinə görə 1-ci yerə "Karvan" komandası, 2-ci yerə "Nəsimi" komandası, 3-cü yerə isə "Xudafərin" komandası layiq görülmüşlər.
Turnirdə mükafat layiq yerləri tutmuş komandaların üzvlərinə Bakı səhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlar və kubok təltif edilmişdir.