Nərd üzrə Bakı şəhər komanda çempionatı keçirilmişdir.
14 – 17 oktyabr 2011-ci il tarixdə Nərimanov rayonunda yerləşən mərkəzi parkda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bədən tərbiyəsi kollektivləri arasında nərd üzrə Bakı şəhər komanda çempionatı keçirilmişdir. Yarışın əvvəlində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək iştirakçiları bayram münasibətilə təbrik etmiş, onlara uğurlar diləmişlər. Yarışda 11 komanda tərkibində 55 nəfər iştirak etmişdir. Gərgin oyun şəraitində keçirilən yarışda I yeri Nərimanov rayon komandası, II yeri Nizami rayon komandası, III yeri Sabunçu rayon komandası tutmuşlar.
Komandanın üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.