“Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilmişdir.
  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Gəncliyə Yardım Fondunda “18 noyabr Beynəlxalq Tələbə Günü” münasibəti ilə Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə-Gənclər Təşkılatları arasında “Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilmişdir. Oyunda 17 ali və orta ixtisas təhsil müəssisələri (Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyası, İdarəetmə və Texnologiya Kolleci, Odlar Yurdu Universiteti, Azərbaycan Tibb Universiteti-1, Azərbaycan Tibb Universiteti-2, Azərbaycan Tibb Universiteti-3, Bakı Qızlar Universiteti, Bakı Dövlət Universiteti-1, Bakı Dövlət Universiteti-2, Müəllimlər İnstitutu, Rəssamlıq Akademiyası, Bakı Rabitə və Nəqliyyat Kolleci, Azərbaycan Texniki Universiteti, Turizm İnstitutu, 2 №-li Tibb Kolleci, Aviasiya Akademiyası, Avrasiya Universiteti) iştirak etmişdir.
   Tədbirin açılışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev çıxış edərək tələbələri “18 noyabr Beynəlxalq Tələbə Günü” münasibəti ilə təbrik etmiş, oyunun qaydaları və mahiyyəti haqqında məlumat vermiş və iştirakçılara uğurlar arzulamışlar. Oyunun keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onlara öz intellektual qabiliyyətlərinin nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, onların intellektual səviyyəsinin, zehni inkişafnın təmin edilməsi, eləcə də onların asudə vaxtlarının səmərəli və maraqlı təşkil edilməsindən ibarətdir. Gərgin keçən mübarizədən Rəssamlıq Akademiyası I yeri, Bakı Avrasiya Universiteti II yeri, Azərbaycan Texniki Universiteti isə III yeri tutmuşdur.
   Oyunda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

17 11 2011 saat:10:15

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd