“Şən delfin” Bakı şəhər açıq payız birinciliyi keçirilmişdir.
11 – 13 noyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda üzgüçülük üzrə “Şən delfin” Bakı şəhər açıq payız birinciliyi keçirilmişdir.
  Birincilikdə “F-land”, “Təhsil RİM”, “Neft Akademiyası”, “AzDBTİA”, “15№-li UGİM”, “Start İƏK”, “Suraxanı rayonu 318 saylı orta məktəb”, “Neftçi İSM”, “Astoria İK”, “Sumqayıt UGİM”, “Sərhədçi OİK”, “Gənclik İSM”, Gəncə RİM,  Aura İK, kimi 15 komandanı təmsil edən 102 idmançı (30 qız, 72 oğlan) iştirak etmişdir.
  Yarışda idmançılar 2 yaş qrupunda böyük yaşlı oğlanlar 1998-ci il təvəllüd, böyük yaşlı qızlar 1999-cu il, kiçik yaşlı oğlanlar 1999-2000, kiçik yaşlı qızlar 2000-2001-ci il təvəllüd olmaqla 10 məsafə üzrə mübarizə aparmışdır.
  Üzgüçülük üzrə “Şən delfin” Bakı şəhər açıq payız birinciliyində 100 m kompleks üsulla I yerə qızlar arasında Andruşenko Anna (Təhsil RİM), oğlanlar arasında Kolyayev Teymur (Təhsil RİM), 200 m kompleks üsulla qızlar arasında I yerə Stisyuk Yuliya (AzDBTİA), oğlanlar arasında I yerə Ayxan Tofiq (Neft Akademiyası), 50 m batterflyay üsulla qızlar arasında I yerə Andruşenko Anna (Təhsil RİM), oğlanlar arasında I yerə Ağayev Yaşar (15№-li UGİM), 100 m batterflyay üsulla qızlar arasında I yerə Abdullayeva Şəbnəm (Sərhədçi OİK), oğlanlar arasında I yerə İsparov Səməddin (15№-li UGİM), 50 m arxa üstə üsulla qızlar arasında I yerə səmədzadə Günel (Neftçi İSM), oğlanlar arasında I yerə Boqatinov Rüstəm (15№-li UGİM), 100 m arxa üstə üsulla qızlar arasında I yerə Stisyuk Yuliya (Təhsil RİM), oğlanlar arasında I yerə İsmayılov Nazir (Sumqayıt UGİM) 50 m brass üsulla qızlar arasında I yerə Əsgərli Qönçə (Neftçi İSM), oğlanlar arasında I yerə Ağayev Yaşar, 100 m brass üsulla qızlar arasında I yerə Sadıqova Şəms (HOİK), oğlanlar arasında I yerə İsparov Səməddin (15№-li UGİM), 50 m sərbəst üsulla qızlar arasında I yerə Əhmədova Cəmilə (AzDBTİA), oğlanlar arasında I yerə Mustafayev Rüfət (15№-li UGİM), 100 m sərbəst üsulla oğlanlar arasında I yerə Ayhan Murad (Neft Akademiyası) layiq görülmüşlər.
  Üzgüçülük üzrə “Şən delfin” Bakı şəhər payız birinciliyində I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli medallar və diplomlarla təltif edilmişlər.

14 11 2011 saat: 10:36

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd