Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 18 iyun 2011-ci il tarixdə   Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olmasının bir ili tamam olması münasibətilə Fəxri Xiyabanda  anım mərasimi keçirilmişdir
  Anım Mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab R.Abbasov, Rayon Gənclər və İdman İdarələri, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökumət Təşkilatları, bir sıra ictimai birliklər və tələbələr yaxından iştirak etmişdir.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab R.Abbasov gənclərə Azərbaycan Respublikasının Milli Qəhrəmanı M.İbrahimov haqqında geniş məlumat vermişdir. Cənab R.Abbasov öz çıxışında gənc nəslin Mübariz kimi böyüdülməsi və gənclərimizin Dağlıq Qarabağ münaqişəsinin həllində ali baş komandan cənab prezident İlham Əliyevin əmri ilə hər an torpaqlarımızı düşmənlərdən azad edəcəyinə hazır olduğunu bir daha qeyd etmişdir
   Tədbirin sonunda şəhidimizin ruhuna dualar oxunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.


20 06 2011 saat: 10:08

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd