Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 7 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun dəfn olunmasının ildönumü münasibətilə II Fəxri Xiyabanda anım mərasimi keçirilmişdir.
Anım Mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab R.Abbasov, Rayon Gənclər və İdman İdarələri, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökumət Təşkilatları, və “İrəli” İctimai Birliyi iştirak etmişdir.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab R.Abbasov gənclərə Azərbaycan Respublikasının Milli Qəhrəmanı M.İbrahimov haqqında geniş məlumat vermiş və qeyd etmişdir ki, tədbir yeniyetmə və gənclərə milli vətənpərvərlik hisslərinin aşılanması və onların əsl vətəndaş ruhunda böyüməsi məqsədi ilə keçirilir.. Cənab R.Abbasov öz çıxışında gənc nəslin Mübariz kimi böyüdülməsi və gənclərimizin Dağlıq Qarabağ münaqişəsinin həllində Ali Baş Komandan cənab prezident İlham Əliyevin əmri ilə hər an torpaqlarımızı düşmənlərdən azad edəcəyinə hazır olduğunu bir daha qeyd etmişdir.
Tədbirin sonunda şəhidimizin ruhuna dualar oxunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri və yaxınları da iştirak etmişlər.