Lalə Əfəndiyevanın "Azərbaycan nəsrində şəxsiyyət problemi" monoqrafiyası nəşr edilib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006 - 2010 - cu illər)"na müvafiq olaraq gənc alim Lalə Əfəndiyevanın "Azərbaycan nəsrində şəxsiyyət problemi" mövzusunda monoqrafiyası nəşr edilmişdir.
Monoqrafiyada Azərbaycan yazıçılarının yaradıcılığında şəxsiyyət probleminin konseptual baxımdan bəhs edilir.
Burada sovet elminin şərtilik buxovlarından azad olmuş müasir ədəbiyyatşünaslıq nöqteyi - nəzərindən problemi əks etdirən ədəbi hadisələr və tendensiyalar təhlil edilir və ümumiləşdirilir, müasir gerçəkliyin təsiri ilə şəxsiyyətin bədii konsepsiyasında baş verən dəyişikliklər izlənilir, müasir nəsrdə yeni şəxsiyyət konsepsiyasının formalaşmasına kömək edən amillər araşdırılır.
Kitab tənqidçilər, ədəbiyyatşünaslar, bu problem üzrə xüsusi kurslar aparan filoloq-müəllimlər, filoloji fakultələrin tələbələri, həmçinin Azərbaycan nəsrinin problemləri ilə maraqlanan geniş oxucu üçün nəzərdə tutulmuşdur.

yerləşdirilmə tarixi:                        17.09.2010/saat 14:00

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd