"Mənim bayrağım" mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
2 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Abşeron Rəsm Qallereyasında "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədr müavini Cəmilə Həsənzadə, Uşaq Rəsm Studiyalarının nümayəndələri iştirak etmişlər. Tədbirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov və digər qonaqlar çıxış edərək gənc istedadları salamlamış, "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə təbrik etmiş və onlara gələcək işlərində uğurlar arzulamışlar.Bundan sonra tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər. Sərgidə 60-dan çox rəssamın əsərlərii nümayiş etdirilmışdır.
Tədbirin sonunda gənc rəssamlar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.


02 11 2011 saat:17:05
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd