"Mənim bayrağım" mövzusunda inşa yazı və şer müsabiqəsi keçirilmişdir.
3 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Gəncliyə Yardım Fondunda "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda inşa yazı və şer müsabiqəsinin yekun mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Samir Kazımov, məsləhətçi Zamin Əhmədov iştirak etmişlər. Tədbirin açılış mərasimində Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov və digər qonaqlar çıxış edərək gənc istedadları salamlamış, "9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü" münasibəti ilə təbrik etmiş və onlara gələcək işlərində uğurlar arzulamışlar.
 Tədbirin sonunda inşa yazı və şer müsabiqəsində fərqlənmış şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
 Tədbirin keçirilməsində məqsəd “9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü” nün qeyd edilməsi, yeniyetmə və gənclərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanmasından ibarətdir. 

04 11 2011 saat:15:25

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd