Laçın rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir
20-28 iyul 2011-ci il tarixdə Qaradağ rayonu "Ümid" qəsəbəsində yerləşən futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Laçın rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak etmişdir. Turnirin final oyunundan əvvəl idmançılar və məşqçilər II Şəhidlər Xiyabanını ziyarət etmiş orada şəhidlərimizin məzarlarının ətrafında abadlıq işləri aparmış və məzarları üzərinə gül dəstələri qoymuşlar.
   Final oyununa vəsiqə qazanmış "Laçın" və "İşıqlı" komandaları arasında keçirilən gərgin oyunda əsas hissə 4:4 hesabı ilə qurtarmış, 7 metrəlik zərbələr nəticəsində "Laçın" komandası qalib gələrək turnirin I yerinə layiq görülmüşdür. III yer uğrunda yarışda “Həkəri” komandası “Ümid” komandası üzərində 3:1 hesabı ilə qalib gələrək III yeri tutmuşdur.
   Turnirdə mükafata layiq yerləri tutmuş komandaların üzvləri Bakı səhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlar və kubokla təltif edilmış, həmçinin Ümid qəsəbə meydançasına toplar və qapı torları hədiyyə edilmişdir.

01 08 2011 saat: 12:10



< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd