ƏLƏKBƏR MƏMMƏDOVUN ŞƏRƏFİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
15 aprel 2011-cu il tarixdə start götürən əməkdar idman ustası, professor Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turniri başa çatmışdır.
Qaradağ Təlim İdman Bazasında keçirilən turnirdə 2 qrup üzrə 10 komanda iştirak edirdi. 14 may 2011-ci il tarixdə final oyunlari keçirildi.. Yarışın III və IV yerləri uğrunda “Xəzər Nur” və “Mehdiabad” komandaları görüşmüşlər. "Mehdiabad" komandası 4:1 hesabı ilə " Xəzər Nur" komandasına qalib gəlmişdir. I və II yerlər uğrunda isə Çevik Polis Alayı komandası ilə Qaradağ Təlim İdman Bazası komandaları görüşmüşlər. Çevik Polis Alayı komandası 4:0 hesabı ilə Qaradağ Təlim İdman Bazası komandasına qalib gəlmişdir. Beləliklə, I yerə Çevik Polis Alayı komandası, II yerə Qaradağ Təlim İdman Bazası komandası, III yerə Mehdiabad komandası çıxmışdır.
Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olundular.



19 05 2011 saat: 11:05

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd