Kosiki karate-do üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş idarəsinin həyata keçirdiyi tədbirlər planina müvafiq olaraq Milli Aviasiya Akademiyasının idman zalında kosiki karate-do üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.Yarışda AKKF (20), Daydo cuku İK (20), “Neftçi” İSM (22), “Pirallahı” İK (18), Kosiki karate-do inkişaf mərkəzinin (16), “Azal” İK (14), “Neftçi-Pirallahı” İK (20) və Milli Aviasiya Akademiyası (20) idmançıları iştirak etmişdir. Çempionatda 130 nəfər idmançı (onlardan 45 nəfəri qızlar və qadınlardır) iştirak etmişdir. Yarışın nəticələrinə görə oğlanlar arasında I yerə Quliyev R.(63 kq), Əliyev V.(73kq), İsmayılov S.(+73 kq), qızlar arasında I yerə Rəhimova L.(53kq), Əhmədova S.(63kq), Əliyeva N.(+63 kq), kişilər arasında I yerə Məmmədov E.(63kq), Fərzullayev N.(73kq), Kərimov A.(82kq), Mövsümzadə N.(+82kq), qadınlar arasında I yerə Mövsümzadə Ü.(53kq), Mustafayeva Y.(63kq), Rəhimova L.(73 kq), Rüstəmova S.(+73kq), bunkay kumite növü üzrə I yerə Berzigiyar R, Mövsümzadə N, kata şəxsidə isə I yerə Hüseynova L. layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.