Kişilər və qadınlar arasında cudo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
14-16 oktyabr 2011-ci il tarixdə Şağan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kişilər və qadınlar arasında cudo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.
Yarış kişilər arasında 60kq, 66kq, 73kq, 81kq, 90kq, 100kq və +100kq çəki dərəcələri üzrə, qadınlar arasında isə 48kq, 57kq, 70kq, 78kq çəki dərəcələri üzrə keçirilmişdir.
Gərgin keçən mübarizədə kişilər arasında 60 kq çəki dərəcəsində I yerə Bağırov Kamran, 66 kq çəki dərəcəsində I yerə Xankişiyev Samir, 73 kq çəki dərəcəsində I yerə Həsənov Emil, 81 kq çəki dərəcəsində I yerə Həbibzadə Fuad, 90 kq çəki dərəcəsində I yerə Ramazanov Elçin, 100 kq çəki dərəcəsində I yerə Səfərov Orxan, +100 kq çəki dərəcəsində I yerə Məmmədov Murad, qadınlar arasında isə 48 kq çəki dərəcəsində I yerə Abbaszadə Nərmin, 57 kq çəki dərəcəsində I yerə Seyidli Turanə, 70 kq çəki dərəcəsində I yerə İbrahimova Nərgiz, 78 kq çəki dərəcəsində I yerə Əliməmmədli Günay layiq görülmüşlər.
I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.