13-14 noyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Turan-do federasiyasının təlim-məşq bazasında "17 noyabr-Milli Dirçəliş günü"nə həsr olunmuş kapoeyra üzrə turnir keçirilmişdir.Turnirdə ümumilikdə 41 nəfər idmançı iştirak etmişdir. Yarışda idmançılar 5 yaş qrupu üzrə çıxış ediblər. I yaş qrupu üzrə (7-9 yaş) Vaqif Əliyev I yerə, Nihad Qurbanlı II yerə, Adil İslamov III yerə, II yaş qrupu üzrə (10-13 yaş) Cavidan Piriyev I yerə, Nicat Cəfərzadə II yerə, Alim Kərimov III yerə, III yaş qrupu üzrə (14-15 yaş) Fərid Səlimov I yerə, Mürsəl Aslanov II yerə, Vəli Azayev III yerə, IV yaş qrupu üzrə (16-17 yaş) Orxan Heydərov I yerə, Məhəmməd Sazayırov II yerə, Cavidan Rəsulov III yerə, V yaş qrupu üzrə (18 və daha yuxarı yaşlar) Rəşad Əliyev I yerə, Məhərrəm Əhmədov II yerə, Ağababa Babayev III yerə layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.