Kamandan oxatma üzrə Bakı şəhər kuboku keçirilmişdir.
16-19 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən "Hövsan" Olimpiya İdman Kompleksində kamandan oxatma üzrə Bakı şəhər kuboku keçirilmişdir.
Yarışda "Lokomotiv" İC, "Spartak", İK"Məhsul" İC, AzDBTİA-nın 25-ə yaxın idmançısı iştirak edirdi. Yarışın nəticələrinə görə kişilər arasında mükafata layiq yerləri Donkov Dmitriy (I yer), Kopnin Aleksey (II yer), Qəhrəmanov Zaur (III yer), qadınlar arasında isə Simonova Svetlana (I yer), Beydullayeva Nazəni (II yer) və Fazilova Leyla(IIIyer) tutmuşlar.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.