II hərbi-vətənpərvərlik düşərgəsi layihəsi uğurla başa çatmışdır.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 26-29 iyul 2011-ci il tarixdə Qusar rayonunda “26 iyul- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması günü” münasibəti ilə “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” adlı II hərbi-vətənpərvərlik düşərgəsi layihəsi həyata keçirilmişdir. Bu layihədə “Gənclərin Töhvəsi” İctimai Birliyi, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökumət Təşkilatları və Rayon Gənclər və İdman İdarələrinin əməkdaşları iştirak ediblər.
Nəzərinizə çatdıraq ki, düşərgənin Qusar rayonunda keçirilməsi, məhz onun Azərbaycanın sərhəddində yerləşməsi ilə əlaqədardır. Gənclər düşərgəyə yerləşdikdən sonra, onlar düşərgənin günlük proqramı ilə tanş oldular. Nahar yeməyindən sonra düşərgə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyduqdan sonra Şəhidlər Xiyabanı da ziyarət etdilər. Sonra Qusar rayon Gənclər evində düşərgənin rəsmi açılışı oldu. Açılışda BŞGİBİ-nin Gənclərlə iş şöbəsinin əməkdaşı Samir Kazımov, Zamin Əhmədov və Qusar rayon Gİİ-nin rəisi Emin Əmirmətov iştirak etdilər. Açılışda Qusar rayonunun fəal gəncləri də iştirak edirdilər. Qusar rayon Gİİ-nin rəisi Emin müəllim tədbir iştirakçılarını salamladı və onlara uğurlar arzuladı. Açılışdan sonra gənclər düşərgəyə qayıdaraq günlük hərbi proqramın bəndlərini icra etməyə başladılar. Düşərgənin 1-ci günü gənclər arasında intellektual oyun, stolüstü oyunlar və idman yarışları keçirildi. Düşərgənin II və III günləri gənclər üçün daha maraqlı keçdi. Onlar Qusar rayonun 6 saylı orta məktəbinə atəş hazırlığı ücün yollandılar. Sonra proqrama əsasən voleybol və futbol yarışlarında ıştirak etdilər. Qusar rayonunun fəal gəncləri ilə düşərgədəki gənclər arasında intellektual yarış keçirildi. Yarışdan sonra Azərbaycan və ləzgi milli rəqsləri nümayış edildi. Daha sonra gənclər rayon hərbi komissarının müavini, səfərbərlik bölməsinin rəisi Pərviz Rüstəmov və çağırış bölməsinin rəisinin köməkçisi Vaqif Pənahov ilə görüşdülər. Görüş çox maraqlı keçdi və gənclərlə qonaq heyəti arasında diskussiya oldu. Günün sonunda düşərgədə keçirilən yarışlarda qalib gələn gənclər diplomlar və fəxri fərmanlarla təltif edildi. Düşərgənin sonuncu günündə BŞGİBİ-nin nümayəndələri Samir Kazımov, Zamin Əhmədov, Səadət Qurbanova və “Gənclərin Töhvəsi”İctimai Birliyinin sədri Asim Vəliyev gəncləri bu düşərgədə böyük həvəslə iştirak etdiklərinə görə öz minnətdarlığını bildirdilər.


02 08 2011 saat:13:26

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd