Həndbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
11 – 20 noyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq ABU – nun idman salonunda 1995 – 96, 1997 – 98, 1999 – 2000-ci il təvəllüdlü oğlan və qızlar arasında həndbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 300 nəfər idmançı (120 nəfər qızlardır) mübarizə aparmışdır. Yarışda 1995 – 96-cı il təvəllüdlü oğlan komandalar arasında I yerə “Nəsimi”, II yerə “RİOEUGİM”, III yerə “Qaradağ, qız komandalar arasında I yerə “Nəsimi-1”, II yerə RKİM, III yerə “RİOEUGİM”, 1997 – 98-ci il təvəllüdlü oğlanlar arasında I yerə “Nəsimi-2”, II yerə “Azal”, III yerə “Nəsimi”, qızlar arasında I yerə “Nəsimi”, II yerə “Nəsimi-2”, III yerə RKİM, 1999 – 2000-ci il təvəllüdlü oğlanlar arasında I yerə “RİOEUGİM”, II yerə “Nəsimi-1”, III yerə “Nəsimi-2”, qızlar arasında I yerə “Nəsimi-1”, II yerə RİOEUGİM, III yerə Nəsimi-2 komandaları layiq görülmüşlər.
Birincilikdə I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.