Gürcüstan Respublikasinin Poti şəhərində reqbi üzrə beynəlxalq turnir keçirilmişdir
01-10 iyul 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandası Gürcüstan Respublikasının Poti şəhərində keçirilən reqbi üzrə beynəlxalq turnirdə iştirak etmişdir. Gürcüstanın qabaqcıl idman klubları ilə yanaşı 8 dövlətin idmançılrının qatıldığı beynəlxalq turnirdə Bakı idmançıları yüksək nailiyyətlər əldə etmişlər. Belə ki, baş məşqçı Vaqif Səadətxanın rəhbərliyi altında 25 nəfərlik Bakı şəhər yığma komandası ən texniki komanda nominasiyası üzrə II yerə layiq görülmüşlər. Bakı şəhər yığma komandası kubokla təltif olunmuşdur. İdmançılarımızı təbrik edirik!