GÜRCÜSTANIN POTİ ŞƏHƏRİNƏ EZAM OLUNMUŞ ŞAHMATÇILARIMIZ YÜKSƏK NƏTİCƏLƏR ƏLDƏ ETM
09-19 iyul 2010-cu il tarixdə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən “Nana Aleksandriya 2010 Kuboku” uğrunda 5-ci Beynəlxalq Şahmat Festivalına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin maliyyə dəstəyi ilə ezam olunan 3 qat respublika çempionu, Beynəlxalq Usta Zaur Məmmədov, respublika və Avropa mükafatçısı Nərmin Məmmədova yüksək nəticələr əldə etmişlər.
Belə ki, festivalın “Open” turnirində iştirak edən Z.Məmmədov 57 idmançı arasında 6,5 xalla 3-4-cü yerləri bölüşdürmüşdür. Qeyd etmək istərdik ki, Z.Məmmədov ermənistan idmançısı, beynəlxalq qrossmeyster Kotanyan Tiqran üzərində qələbə qazanmış, əldə etdiyi nəticələrə əsasən 2-ci qrossmeyster balını toplamışdır.
12 yaşadək idmançılar arasında keçirilən yarışda iştirak edən N.Məmmədova 6,5 xalla 3-cü yeri tutmuşdur. Onu da qeyd edək ki, 25 idmançının iştirakı ilə keçirilən yarışda Nərmin yeganə azərbaycanlı idmançı idi.
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2010. All rights reserved. web design by fwd