Güllə atıcılığı üzrə Bakı şəhər VII açıq turniri keçirilmişdir.
19 – 24 dekabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Stend Atıcılığı Kompleksində Sovet İttifaqı Qəhrəmanı, Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VII açıq turniri keçirilmişdir. Turnirdə “Neftçi” İSM, DİN, ”Spartak”İC, Paralimpiya İdman Komitəsi, Stend Atıcılığı İdman Kompleksi komandaları təmsil edən 30 idmançı (14 qadın, 16 kişi) mübarizə aparmışdır. Turnirdə qadınlar arasında PTÇ-2 üzrə Bağırova Niğar 378 xal toplayaraq I yerə, PT-3 üzrə Abdullazadə Türkan 380 xal toplayatraq I yerə, KÇT- üzrə Hüseynova Xəyalə 541 xal toplayaraq I yerə, kişilər arasında PTÇ-3 üzrə Lunyov Ruslan 575 xal toplayaraq I yerə, PT-4 üzrə Rəhimli Süleyman 540 xal toplayaraq I yerə, KÇTÇ-4 üzrə Lunyov Ruslan 547 xal toplayaraq I yerə layiq görülmüşlər.
Yarışda I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qiymətli xatirə hədiyyələri, medallar və diplomlarla təltif olunmuşlar.