“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunacaqdir.
Əziz gənclər, siz www.genlerpaytaxti.az saytına daxil olmaqla səsvermə yolu ilə “Gənclər paytaxtı” nı seçə bilərsiniz. Səsvermə 30 yanvar 2012-ci il saat 23.59-a kimi davam edəcək. Göstərilən saatdan sonra verilmiş səslər qeydə alınmayacaq. Seçdiyiniz paytaxtın adını 2 fevral Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi elan nəticəsində öyrənəcəksiniz.
“Gənclər paytaxtı”nın elan olunmasının əsas məqsədi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafına şəraitin yaradılmasıdır.
Qeyd edək ki, bir kompyüterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.
|