Gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
21-24 oktyabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Birincilikdə 4 idman cəmiyyətini təmsil edən 59 idmançı (onlardan 27 nəfəri qız) mübarizə aparmışlar. Yarışda oğlanlardan rapira üzrə I yerə Əhmədov Cavid (“Fencing”İK), II yerə Sadıqzadə Cəmil (“Fencing”İK), III yerə Yusifov Asif (“Fencing”İK), sablya üzrə I yerə Həsənli Erol (8№li İOE UGİM), II yerə Zeynalov Sabir (8№li İOE UGİM), III yerə Həşimov Raci (“Neftçi”İSM),şpaqa üzrə I yerə Məmmədov Fərid (8№li İOE UGİM), II yerə Əliyev Kənan (8№li İOE UGİM), III yerə Balaoğlanov Aslan (14№li UGЭM) layiq görülmüşlər.Qızlar arasında isə rapira üzrə I yerə Nübar Məlıkova (“Fencing” İK), II yerə Məlikova Məryəm (“Fencing”İK), III yerə Məlikova Məhin (“Fencing” İK), sablya üzrə I yerə Proxorova Yekaterina (Neftçi İSM), II yerə Şahbazova Vüsalə (Neftçi İSM), III yerə Kərimova Arzu (Neftçi İSM), şpaqa üzrə I yerə Məlikova Nübar (“Fencing”İK), II yerə Əlizadə Nəzrin (8№li İOE UGİM), III yerə Bayramova Yuliya (8№li İOE UGİM) layiq görülmüşlər.
Yarışda qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.