Futzal turnirinin təltifetmə mərasimi keçirilmişdir.
29 dekabr 2011-ci il tarixdə “Kopelhaus”da “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş Alman-Azərbaycan Cəmiyyəti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ənənəvi futzal turnirinin təltifetmə mərasimi keçirilmişdir. Bu turnir 1997-98-ci il təvəllüdlü idmançılar arasında keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Alman-Azərbaycan Cəmiyyətinin sədri Cingiz Abdullayev, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, veteran futbolçu, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, professor Ələkbər Məmmədov və veteran futbolçular iştirak etmişlər. Tədbirdə çıxış edən qonaqlar ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın əhəmiyyətini yüksək qiymətləndirmışlər və yeniyetmə futbolçulara uğurlar arzulamışlar.
Sonra turnirin qaliblərinin mükafatlandırma mərasimi başlamışdır. Tədbirdə 1997-98-ci il təvəllüdlu idmançılar arasında I yeri “BİFM” komandası, II yeri “Rəvan” komandası və III yeri tutmuş “Dalğa” komandaları mükafatlandırılmışlar. Daha sonra isə veteran futbolçulardan Valeri Hacıyev, Fuad Tağızadə, Rüstəm Rəhimov, İskəndər Cavadov, Maşallah Əhmədov və Ələkbər Məmmədov mükafatlandırılmışlar.
Tədbir bədii hissə ilə davam etmişdir.