Futbol üzrə "Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.
15-24 iyul 2011-ci il tarixdə Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 1997-1998-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə "Sevinc" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Ümumilikdə yarışda 210 nəfər futbolçu iştirak etmişdir.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Nərimanov və Binəqədi rayon komandaları arasında keçirilən gərgin oyundan 3:1 hesabı ilə Nərimanov rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Xəzər və Qaradağ komandaları arasında keçirilən oyunda 4:3 hesabı ilə Xəzər rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə "Nərimanov" komandası, 2-ci yerə "Binəqədi" komandası, 3-cü yerə isə "Xəzər" komandası layiq görülmüşlər.
Yarışda II,III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və I yeri tutmuş komandaya "Sevinc" Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.

25 07 2011 saat: 10:06



< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd