Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir
16 dekabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iclas zalında 61-ci futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, rəis müavini, idman sektorunun müdiri Rəşad Əliyev, sektor müdiri Adil Ağayev,yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov iştirak etmişlər. Tədbirdə I dəstədə 1998-99-cu il təvəllüdlü komandalar arasında I yerə “RİOEUGİM-1” II yerə “BİFM-1”, III yerə “Mehdiabad”,1997-cı iı təvəllüdlü komandalar arasında I yerə “RİOEUGİM-1”, II yerə “Vətən”, III yerə “ROİL”, 1996-cı il təvəllüdlü komandalar arasında I yerə “RİOEUGİM-1”, II yerə “Vətən”, III yerə “BİFM-2”, 1995-ci il təvəllüdlü komandalar arasında I yerə “BİFM-1”, II yerə “RİOEUGİM-1”, III yerə “TİM”, klub hesabında isə I yerə “RİOEUGİM-1”, II yerə “Vətən”, III yerə “BİFM” layiq görülmüş komandalar mükafatlandırılmışlar.
II dəstədə isə 1998-99-cu il təvəllüdlü komandalar arasında I yerə “Vətən”RİOEUGİFM-1, II yerə “Məşəl”, III yerə “Nizami”UGİM, 1997-ci iı təvəllüdlü komandalar arasında I yerə “Nizami”UGİM, II yerə “Atəşgah” RİOEM-1, III yerə “Vətən”RİOEUGİFM, 1996-cı il təvəllüdlü komandalar arasında I yerə “Xətai”UGİM, II yerə “Sabunçu”UGİM, III yerə “Vətən” RİOEUGİFM-1, 1995-ci il təvəllüdlü komandalar arasında I yerə “Vətən” RİOEUGİFM-1, II yerə “Sabunçu”UGİM, III yerə “Məşəl”, klub hesabında isə I yerə “Vətən”RİOEUGİFM-1, II yerə “Məşəl”, III yerə “Sabunçu”UGİM layiq görülmüş komandalar mükafatlandırılmışlar.
Yarışda I,II,III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunmuşlar.