Eurovision mahnı müsabiqəsinin qaliblərinin qarşılanma mərasimi keçirilmişdir
Bu gün 16 may 2011 – ci il tarixdə Almaniyanın Düsseldorf şəhərində keçirilən sayca 56-cı “Evrovision - 2011“ mahnı müsabiqəsində qalib gəlmiş Eldar Qasımov və Nigar Camal cütlüyünün qarşılanma mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Gənclər  və İdman Nazirinin müavini İsmayıl İsmayılov, İntiqam Babayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, mətbuat nümayəndələri, gənclər təşkilatları və paytaxt sakinləri iştirak etmişlər.
İlk öncə Almaniyanın Düsseldorf şəhərində keçirilən sayca 56-cı “Evrovision - 2011“ mahnı müsabiqəsində qalib gəlmiş Eldar Qasımov və Nigar Camal cütlüyü Azərbaycan Respublikasının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin büstü önünə gül – çiçək dəstələri düzmüşlər. Daha sonra “Evrovision - 2011“ mahnı müsabiqəsində qalib gəlmiş Eldar Qasımov və Nigar Camal cütlüyü mətbuata geniş şəkildə müsahibə vermişlər.
Eldar Qasımov və Nigar Camal mərasimdə iştirak edən gənclərimizə və bütün Dünya Azərbaycanlılarına dərin minnətdarlıqlarını bildirmiş, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür ediblər.
Tədbirdə mətbuata müsahibə verən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Almaniyanın Düsseldorf şəhərində keçirilən sayca 56-cı “Evrovision - 2011“ mahnı müsabiqəsində qalib gəlmiş gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulamışdır.


16 05 2011 saat: 12:43

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd