İdman jurnalistləri və futbol veteranları arasında yoldaşlıq oyunu keçirilib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Granit AS Travel” şirkətinin dəstəyi ilə idman jurnalistləri və futbol veteranları arasında 26 iyun - Azərbaycan Silahlı Qüvvələri gününə həsr edilmiş yoldaşlıq oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd Azərbaycan futbolunun inkişafına töhvə vermək, gənclərin və yeniyetmələrin asudə vaxtlarında pis vərdişlərindən uzaqlaşmaq və futbolla maraqlanmaq, Azərbaycanın futbol tarixində iz qoyan veteranlara dəstək olmuşdu.
  Yoldaşlıq görüşünü Mundial.az saytının təsisçisi İlkin Vidadioğlu təşkil edib.Oyunda İlkin Vidadioğlu (Mundial.az), Raqif Abbasov (Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri), Gündüz Abbaszadə (ANS TV), Şəmsəddin Abbasov (Lider TV), Şahin Oğuz (Futbol+), Mahir Süleymanov (BFF), Mahir Rüstəmov (Futbol+), Şakir Qəribov (oyunun təşkilində dəstək olan), Füzuli Nəcəfov, Aftandil Vəliyev ( “Granit AS Travel” şirkətinin baş direktoru) kimi ölkənin aparıcı idman jurnalistləri və tanınmış futbol veteranları iştirak edib.
   Gərgin mübarizə şəraitində keçən oyunu FİFA referisi Anar Salmanov idarə edib. Görüşdə 4:2 hesabla futbol veteranları qalib gəlib. Qeyd edək ki, oyunu tribunadan futzal üzrə beynəlxalq dərəcəli FİFA referisi Elçin Məmmədov da izləyib.

04 07 2011 saat: 16:50


< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd