Çimərlik voleybolu üzrə Bakı şəhər kuboku keçirilmişdir
15-16 iyul 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Kresent-Biç” çimərliyində qızlar və oğlanlar arasında çimərlik voleybolu üzrə  Bakı şəhər kuboku keçirilmişdir.. Yartışda “Nəqliyyatçı”, “İqtisadçı”, “Xətai-1”,”Xətai-2”, “Bakı-1”, “Bakı-2”, “RİOEUGİM”, “Sərhədçi-1”, “Sərhədçi-2”, “Sabunçu” və s. komandalar iştirak etmişdir.
Yarışın nəticələrinə görə oğlanlar arasında I yerə “Sərhədçi-1” komandası, II yerə “Sərhədçi-2” komandası, III yerə isə “Xətai-2” komandası, qızlar arasında I yerə “Nəqliyyatçı” komandası, II yerə “Bakı-1” komandası, III yerə isə “İqtisadçı” komandası layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

18 07 2011 saat: 10:53

 

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd