Çimərlik futbolu üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur.
08-17 iyul 2011-ci il tarixdə Dalğa Çimərlik Futbol meydanında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi vəAzərbaycan Çimərlik Futbol Federasiyası ilə birgə təşkil etdiyi çimərlik futbolu üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur. Birincilikdə 12 komanda iştirak etmişdir. Yarışın nəticələrinə gorə III-IV yerlər uğrunda PSL-“Xəzər” Azpetrol komandaları arasında keçirilən oyunda 2:6 hesabı ilə “Xəzər” Azpetrol komandası III yer tutmuşdur. I-II yerlər uğrunda “Buffalo”-“Okean”Avtosalonu komandaları arasında keçirilən gərgin oyun 3:3 hesabı ilə başa çatdığına görə, qalib 11 metrəlik cərimə zərbəsi ilə müəyyənləşmişdir. Beləliklə, yarışda I yeri “Buffalo” komandası, II yeri isə “Okean” Avtosalon komandası tutmuşdur.
Yarışda I, II və III yerlərə layiq görülmüş komandaların üzvlərinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubok təqdim edilmişdir. Azərbaycan Çimərlik Futbol Federasiyasi da 3 nominasiya üzrə futbolçuları mükafatlandırmışdır. Ən yaxşı qapıçı nominasiyası üzrə “Okean” Avtosalon komandasından Cude Eziaşi, ən yaxşı oyunçu nominasiyası üzrə “PSL” komandasından Hüseynov Rüfət, ən məhsuldar oyunçu nomçinasiyası üzrə “Okean” Avtosalon komandasından Toni Foye layiq görülmüşdür.

19 07 2011 saat: 11:05

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd