Ç.Mustafayevin doğum gününə həsr olunmuş məhəllələrarası mini-futbol turnirininə start
05 avqust 2010-cu il tarixdə saat 18.00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin doğum gününə həsr olunmuş Səbail rayonu məhəllələrarası mini-futbol turnirininə start verilmişdir.
Turnirdə 1998-99-cu il təvəllüdlü uğaqlar arasında 7 komanda, 1996-97-cu il təvəllüdlü yeniyetmələr arasında isə 8 komanda mübarizə aparacaqlar.
Turnirin ilk oyunu Azəri və Xudafərin komadaları arasında keçirilmişdir. Gərgin gedən mübarizədən Azəri komadası 3:1 hesabı ilə qələbə qazanaraq ilk 3 xalını hesabına yazmışdır.
Turnirin bütün oyunları Səbail rayon 91 saylı orta məktəbin futbol meydançasında keçiriləcəkdir.