Ç.Mustafayevin doğum gününə həsr olunmuş məhəllələrarası mini-futbol turniri davam edir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin doğum gününə həsr olunmuş Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turniri davam edir.
Turnirdə 1998-99-cu il təvəllüdlü uşaqlar arasında 7 komanda, 1996-97-ci il təvəllüdlü yeniyetmələr arasında isə 8 komanda mübarizə aparır.
Hər iki yaş qrupunda mübarizə aparan komandaların yarımfinalçıları müəyyənləşib.
Avqustun 19-da 1998-99-cu il təvəllüdlü futbolçular arasında "Karvan" - "Azərbaycan" və "Bayıl" - "Xudafərin" komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Avqustun 21-də isə 1996-97-ci il təvəllüdlü futbolçular arasında "Xəzər" - "Bakılı" və "Gənclik" - "Azərbaycan" komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Turnirin bütün oyunları Səbail rayonu 91 saylı orta məktəbin futbol meydançasında keçirilir.