CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ BREYN-RİNQ İNTELLEKTUAL OYUNU KEÇİRİLDİ
10 dekabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslar arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Tədbirdə Penitensiar xidmətin nümayəndəsi, 4 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi və Baş İdarənin nümayəndələri iştirak etmişdir. Gənclərlə iş sektorunun aparıcı-məsləhətçisi Samir Kazımov çıxış edərək oyunun qaydaları və mahiyyəti haqqında məlumat vermiş və iştirakçılara uğurlar arzulamışdır.
  İntellektual oyunda tərkibi 8 nəfərdən ibarət 8 komanda iştirak etmişdir. Komandalara Azərbaycan Respublikasının tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri haqqında verilən suallar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
  Yarışda I yerə “İstiqbal” komandası, II yerə “Bakı” komandası və III yerə isə “Abşeron” komandası layiq görülmüşlər.
  Oyunda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

13 12 2011 saat:9:02

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd