ÇİMƏRLİK FUTBOLU ÜZRƏ BAKI ŞƏHƏR AÇIQ ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLDİ
Bu gün (28 iyun 2010-cu il) Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarına dəstək məqsədilə keçiriləcək çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatının püşkatma mərasimi keçirilmişdir.
Yarışda 8 komanda iştirak edəcəkdir.
Püşkatmanın nəticəsinə əsasən, A qrupunda “Hövsan”, “Şağan Bələdiyyəsi”, “Star” və “Kodak” komandaları, B qrupunda isə “Spektr Travel”, “Xəzər Nur”, “Atəşgah” və PSL komandaları yer almışlar.
Turnirdə ilk üç yeri tutan komandalar “Respublika kuboku”na vəsiqə qazanacaqlar.
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd