ÇİMƏRLİK FUTBOLU ÜZRƏ BAKI ŞƏHƏR AÇIQ ÇEMPİONATINA YEKUN VURULDU
06 avqust 2010-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Çimərlik Futbolu Federasiyası ilə birgə təşkil etdiyi Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarına dəstək məqsədilə keçirilən çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatı başa çatmışdır.
Çempionatın ümumi nəticələri:


29 iyul
“Hövsan” 6 : 5 “Şağan Bələdiyyəsi”
“Star” 4 : 5 “Kodak”
“Spektr Travel” 1 : 0 “Xəzər Nur”
“Atəşgah” 3 : 9 PSL

31 iyul
“Hövsan” 13 : 2 “Star”
“Şağan Bələdiyyəsi” 4 : 6 “Kodak”
“Spektr Travel” 5 : 2 “Atəşgah”
“Xəzər Nur” 3 : 6 PSL

31 iyul
“Hövsan” 3 : 1 “Kodak”
“Şağan Bələdiyyəsi” 3 : 0 “Star”
“Spektr Travel” 3 : 0 PSL
“Xəzər Nur” 4 : 2 "Atəşgah"

Yarımfinal

“Kodak” 7 : 5 PSL
“Spektr Travel” 3 : 1 "Hövsan"

Çempionatın 3-cü yeri uğrunda mübarizə aparan "Hövsan" və PSL komandaları arasında keçirilən gərgin oyundan "Hövsan" komandası 6:4 hesabı ilə qalib gələrək turnirin 3-cüsü adına layiq görülmüşdür.
Final oyunda qarşılaşan "Spektr travel" və "Kodak" komandaları arasında keçirilən görüşdən isə "Spektr travel" komandası 4:0 hesabı ilə qalib gələrək çempionatın qalibi olmuşlar.
Yarışın bağlanış mərasimində iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibinin müavini Elxan Əsədov, Regional Futbol Federasiyasının prezidenti, milli futbolun veteranı İskəndər Cavadov qalibləri təbrik etmiş, yarışda I, II və III yerlərə layiq görülmüş komandaların üzvlərinə medallar, müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və I yerə layiq görülmüş komandaya Kuboku təqdim etmişlər.
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd