21 – 26 noyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində boks üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Yarışda “Spartak İC”, “İnter İK”, “Titan İK”, “DİN İC”, “Rabitə İK”, MOİK, “Naxçıvan İK” “19 saylı İOEUGİM”, "Qızıl Əlcək İK", "Lokomotiv", "8 saylı UGİM", “Neftçi İSM”, “Təhsil RİM”, “Turan İK”, “Gömrükçü İSM”, “Zenit İC”, "Hövsan OİK", “Sərhədçi İK” kimi 18 idman cəmiyyətini təmsil edən 130 idmançı 10 çəki üzrə: 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq mübarizə aparmışdır.
Çempionatda 49 kq çəki dərəcəsində I yerə Babayev Sərxan (Rabitə IK), 52 kq çəki dərəcəsindəI yerə Abdolkərimi Masod (Neftçi İSM), 56 kq çəki dərəcəsində I yerə Salmanov Pərviz (Lokomotiv), 60 kq çəki dərəcəsində I yerə Zeynalov Bilal (Rabitə İK), 64 kq çəki dərəcəsində I yerə Qasımov Ruslan (Neftçi İSM), 69 kq çəki dərəcəsində Nadirov Bəxtiyar (Neftçi İSM), 75 kq çəki dərəcəsində I yerə Kərimov Vüqar (İnter İK), 81 kq çəki dərəcəsində I yerə Vəliyev Qorxmaz (DİN İC), 91 kq çəki dərəcəsində I yerə Ömərov Fəqan (Neftçi İSM), +91 kq çəki dərəcəsində I yerə Əhmədov Elçin (DİN İC) layiq görülmüşlər.
Yarışda I,II,III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.