BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ BƏDİİ-ƏYLƏNCƏLİ TƏDBİR KEÇİRİLMİŞDİ
12 avqust 2010-cu il tarixdə saat 18:30-da Novxanıda qəsəbəsində yerləşən "Af otel" Aqua Parkda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "12 avqust - Beynəlxalq gənclər günü" münasibəti ilə bədii-əyləncəli tədbir keçirilmişdir.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Miilli Məclisin deputatı Fəttah Heydərov və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək gənclərə dövlət qayğısı yüksəldiyini, ölkəmizin gələcəyi naminə gənc kadrların yetişdirilməsinə, onların bacarıq və istedadlarının üzə çıxarılmasına xüsusi fikir verilirdiyini söyləmişlər, gəncləri bayram münasibəti ilə təbrik etmiş və onlara gələcəkdə uğurlar diləmişlər.
Çıxışlardan sonra "Azərbaycan Tarixi Portalı" Layihəsi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Cəmiyyəti, Rəhim Allahverdiyev, Şaban Şahpələngov, Nərmin Babayeva, Şahin Cavadsoy, Samirə Allahverdi, Amil Həsənoğlu, Aydan Heydərova, Yeganə Seyfullayeva və Ceyhun Tağıyev bir sıra nominasiyalar üzrə xüsusi hazırlanmış plaketlərlə təltif olundular.
Təltifetmə mərasimindən sonra tədbir konsert proqramı ilə davam etmişdir. Konsert proqramında Samirə Allahverdi, Azad Şabanov, Amil Həsənoğlu, Xatirə İslam və digər tanınmış müğənnilər iştirak etmişdirlər.
Tədbir İctimai Televiziya vasitəsi ilə canlı olaraq yayımlanmışdır.