Basketbol üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur
28 aprel - 19 may 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq H. Əliyev adına İdman – Konsert Kompleksində 1994-95, 1996-97, 1998-99 – cu il təvəllüdlü idmançılar arasında basketbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.
Yarışda “Səbail UGİM”, “Renat İK”, “Makkabi İK”, “Təhsil RİM”, “Sabunçu UGİM”, “Qaradağ UGİM”, “Neftçi İSM”, “Nərimanov UGİM” və digər komandaları təmsil edən 400 idmançı (75 qız, 325 oğlan) mübarizə aparmışdır.
Birincilikdə 1994-95-ci il təvəllüdlü idmançılar arasında altılığa düşən komandalar Səbail UGİM, Təhsil RİM, Spartak İC, Sabunçu UGİM, Renat İK, Makkabi İK, 1996-1997-ci il təvəllüdlü idmançılar arasında altılığa düşən komandalar Makkabi İK, Təhsil RİM, Nərimanov UGİM, Sabunçu UGİM, Renat İK, Səbail UGİM, 1998-1999-cu il təvəllüdlü idmançılar arasında altılığa düşən komandalar Makkabi İK, Renat İK, Xətai UGİM, Sabunçu UGİM, Neftçi İSM, Qaradağ UGİM olmuşlar.
Birincilikdə hər yaş qrupunda altılığa düşən komandalar Respublika yarışlarına vəsiqə qazanmışlar.