“Baku Open-2011” Beynəlxalq Şahmat Festivalına yekun vurulmuşdur
6-13 avqust 2011-ci il tarixdə Respublika Şahmat Mərkəzində “Baku Open-2011” Beynəlxalq Şahmat Festivalının “C” turniri keçirilmişdir. 12 yaşadək oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Biləsuvar, Şəki, Ağcabədi, Qubadlı və Ağdam şəhər və rayonları ilə yanaşı İran İslam Respublikası, Qazaxıstan və İsraili təmsil edən 104 nəfər (onlardan 28 nəfəri qızlardır) idmançı iştirak etmişdir.
Turnir İsveçrə sistemi üzrə 9 tur keçirilmişdir. Turnirin yekunlarına görə 12 yaşadək oğlanlar arasında I yeri Şahəliyev İsmayıl (Bakı), II yeri Hüseynzadə Ceyhun (Sumqayıt), III yeri Styopin Sergey (Bakı), 10 yaşadək oğlanlar arasında I yeri Mustafin Andrey (Bakı), II yeri Qarayev Kənan (Bakı), III yeri Kazımov Emin (Bakı), 8 yaşadək oğlanlar arasında I yeri Əlizadə Ayxan (Bakı), II yeri İsmayılov Muhəmməd (Bakı), III yeri Məmmədov Elmir (Biləsuvar), 12 yaşadək qızlar arasında I yeri Məmmədova Ülkər (Sumqayıt), II yeri Şahbazova Flora (Bakı), III yeri Hüseynova Sona (Bakı), 10 yaşadək qızlar arasında I yeri Mustafazadə Nigar (Bakı), II yeri Həsənzadə Ülkər (Şəki), III yeri Heydərova Aytac (Bakı), 8 yaşadək qızlar arasında I yeri Abbasova Sədaqət (Bakı), II yeri Beydullayeva Gövhər (Bakı), III yeri Feyzullayeva Şəbnəm (Bakı) tutmuşlar.
Qaliblər qiymətli xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.