Bakı şəhər gənclərinin VI zona toplantısı keçirilmişdir
Bu gün 30 sentyabr 2011 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VI forumu çərçivəsində Bakı şəhər gənclərinin VI zona toplantısı keçirilmişdir.
Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının müavini Fidumə xanım Hüseynova, GİN-nin aparat rəhbəri Fuad Hacıyev, GİN-nin mətbuat katibi Səmayə Məmmədova, , Bakı şəhərindən 521 nəfər nümayəndə onlardan 350 nəfər Bakı şəhərinin 11 inzibati rayonunda olan fəal gənclər, 71 nəfər QHT üzvləri, 100 nəfərə yaxın TGT-nın nümayəndələri və kütləvi informasiya vasitələri iştirak etmişlər.
Tədbirin giriş hissəsi Azərbaycan Respublikasının himninin səsləndirilməsi və foto-video hesabat təqdim olunması, katibliyin seçilməsi və daha sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasovun Azərbaycan Gənclərinin V forumundan keçən dövr ərzində Bakı şəhərində və rayonlarda keçirilmiş tədbirlər və görülmüş işlər haqqında hesabat məruzənin oxunması ilə davam etdirilmişdir.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov toplantı iştirakçılarını salamlamış, keçirilən Azərbaycan Gənclərinin VI forumu çərçivəsində Bakı şəhər gənclərinin VI zona toplantısının əhəmiyyətini vurğulamış, yeni layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edən cənab nazir, Qarşıdakı illərdə idman qurğularından səmərəli istifadə, ideya-təşəbbüslərin stimullaşdırılması və narkomaniyaya qarşı gənclərin fəallığını daha da artırılmalı olduğunu göstərmişdir.
Tədbirdə həmçinin Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Fidumə xanım Hüseynova çıxış edərək Azərbaycan Gənclərinin VI forumu çərçivəsində Bakı şəhər gənclərinin VI zona toplantısında iştirak edən bütün gənclərin eləcədə bütün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirmiş onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
    Daha sonra toplantıda müxtəlif sahələr üzrə BDU-nin ən yüksək bal toplamış məzunu Elgiz Muradbəyli, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Həqiqət Hüseynova, Kapoeyra idman növü üzrə Dünya çempionatının mükafatçısı Elmar Bayramov, Azərbaycan Müəllimlər İnstitunun TGT sədri Sevinc Babayeva, Sabunçu rayon 170 saylı orta məktəbin müəllimi Lamiyə Cəlilova, C.Naxçıvanski adına Hərbi Litseyin zabiti Orxan Hüseynov və İrəli İctimai birliyinin üzvü Məryəm Qulamova çıxış etmişlər. Həmçinin toplantıda fəal gənclərin yeni rəy və təklifləri də dinlənilmişdir.
    Sonda Bakı şəhər gənclərinin zona toplantısından Azərbaycan gənclərinin VI forumunda iştirak edəcək nümayəndələrin siyahısının oxunması və Bakı şəhər gənclərinin VI zona toplantısının qətnaməsinin oxunması, Bakı şəhər gənclərinə toplantı iştirakçıları adından müraciətin qəbul olunması ilə tədbirə yekun vurulmuşdur.


30 09 2011 saat: 17:03





< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd