Baş İdarə tərəfindən Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunmuşdur
22 oktyabr 2011-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "18 oktyabr-Müstəqillik günü" münasibətilə "Qobustan Dövlət Tarixi Bədii Qoruğu"na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrinin ( Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Müəllimlər İnstitutu, Azərbaycan Rəssamlar Akademiyası, Bakı Qızlar Universiteti, Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Neft Akademiyası və s.) ekskursiyası təşkil edilmişdir.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.
Qoruğun bələdçisi tələbələri qoruqla bağlı tam məlumatlandırdıqdan sonra, tələbələr qoruq ərazisində yerləşən qədim rəsm nümunələrinə baxış keçirmişlər.
Ekskursiyada iştirak edən 30-a yaxın tələbələrlə yanaşı mətbuat nümayəndələri də iştirak etmişdirlər.