Bədii gimnastika üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
03-04 fevral 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı Olımpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 6 yaş qrupu üzrə: 1997-99, 2000, 2001, 2002, 2003, 2004-cü il təvəllüdlü idmançılar arasında bədii gimnastika üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Yarışda “Spartak” İC-nı (18 nəfər), “Neftçi” İSM-ni (19 nəfər), BGİM-ni (39 nəfər), RKİM-ni (26 nəfər), Nizami r-n UGYM-ni (3 nəfər), DİN İC-ni (4 nəfər), “Sərhədçi” İOM-ni (17 nəfər), “Start” İK-nı (6 nəfər), “Təhsil” UGFM-ni (2 nəfər), Sumqayıt ŞGİBİ (2 nəfər), Xırdalan şəh. (1 nəfər), “Zirvə” İK-nu (6 nəfər), Qusar OİK-ni (1 nəfər), Gəncə ŞTİ-ni (1 nəfər), Qazaxıstan R-nı (4 nəfər), Gürcüstan R-nı (1 nəfər) və Türkiyəni (1 nəfər) təmsil edən 151 idmançı iştirak etmişdir.
Birincilikdə 1997-99-ci il təvəllüd üzrə I yerə Mənsurə Bağıyeva (RKİM), 2000-ci il təvəllüd üzrə I yerə Jalə Piriyeva (RKİM), 2001-ci il təvəllüd üzrə I yerə Leyli İbrahimova (“Spartak”İC), 2002-ci il təvəllüd üzrə I yerə Vəfa Həsənzadə (BGİM), 2003-cü il təvəllüd üzrə I yerə Ləman Hüseynova (“Spartak”İS), 2004-cü il təvəllüd üzrə I yerə Lalə Kramarenko (“Spartak” İC), qrup hərəkətləri üzrə isə I yerə “Spartak”İC-nin komandası layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.



06 02 2012 saat: 10:54

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd