21 sentyabr tarixdə «Beynəlxalq Sülh Günü»nə həsr olunmuş mini futbol turniri keçirilib.
Xətai rayonunda 21 sentyabr – «Beynəlxalq Sülh Günü»nə həsr olunmuş mini futbol idman növü üzrə turnir keçirildi. Yarış 16 – 21 sentyabr 2010–cu il tarixlərdə SOS Uşaq Kəndinin stadionunda keçirildi. Yarışda rayonun 6 komandası güclərini sınayırdı.
Hər bir komandanın heyəti 5 iştirakçıdan ibarətdi. Gərgin və çox maraqlı keçən qaşılaşmalardan sonra komandalar aşağıdakı nəticələri göstərdilər:
I yer – «Vətən» komandası, II yer – «Dünya» komandası, III yer – «Sülh» komandası.
Qalib gəlmiş komandalar rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və hədiyyələri ilə mükafatlandırıldılar.

yerləşdirilmə tarixi: 21.09.2010/saat 15:00
< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd