"Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda tədbir keçirilmişdir.
6 dekabr 2011-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Abşeron Rəsm Qalereyasında Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda inşa yazı və rəsm müsabiqəsinin yekun mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Rəssamlar İttifaqının sənətşünaslıq şöbəsinin müdiri Ziyadxan Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Samir Kazımov, məsləhətçi Zamin Əhmədov iştirak etmişlər. Tədbirdə iştirak edən qonaqlar çıxış edərək gənc istedadları salamlamış, narkomanlığın fəsadları haqqında məlumat vermiş, gəncləri pis vərdişlərdən uzaq olmağa çağırmışlar.
İnşa yazı müsabiqəsində I yerə Nağıyeva Ayla (Səbail rayonu 239 saylı məktəb), II yerə Ələkbərzadə Aysel (Nəsimi rayonu 164 saylı məktəb), III yerə Qasımova İnarə (Xəzər rayonu 168 saylı məktəb), rəsm müsabiqəsində isə I yerə Quluzadə Nailə (Suraxanı rayonu 114 saylı məktəb), II yerə Bünyadzadə Fidan (Yasamal rayonu 53 saylı məktəb), III yerə İmmi Məmmədova (Xətai rayonu 257 saylı məktəb) layiq görülmüşlər.
Tədbirin sonunda inşa yazı və rəsm müsabiqəsində fərqlənmış şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

06 12 2011 saat: 16:36

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd