Atletika üzrə Bakı şəhər kuboku keçirilmişdir.
   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda Bakı şəhərində yerləşən 6 idman cəmiyyəti və klublarını təmsil edən 115 nəfər  idmançı iştirak etmişdir.
   Kişilər arasında yarışda  hündürlüyə tullanmada I yerə Azər Əhmədov(Neftçi İSM), uzunluğa tullanmada I yerə “Əliyev Kamil (BTI), 200 m məsafəyə qaçışda I yerə Bulıçev Valentin (Neftçi İSM), 800 m və 1500 m məsafəyə qaçışda I yerə Sadıqlı Tural (Təhsil RİM), yadro üzrə I yerə Tofiq Məmmədov (Təhsil RİM), üçtəkanla tullanmada I yerə Murad İbadullayev (Atletika İK), 60 m məsafəyə qaçışda I yerə Ruslan Abbasov (Neftçi İSM), 400 m məsafəyə qaçışda I yerə Hakim İbrahimov (Neftçi İSM) layiq görülmüşlər.Qadınlarda isə hündürlüyə tullanmada I yerə Birynkova Aleksandra (BTİ), üçtəkanla və uzunluğa tullanmada I yerə Yekaterina Sarıyeva (Atletika İK-BTİ), 200 m məsafəyə qaçışda I yerə Həsənova Zəkiyyə (Neftçi İSM), 400 və 800 m məsafəyə qaçışda I yerə Mahirə İsmayılova (Neftçi İSM), yadro üzrə I yerə Ələsgərova Lalə (Təhsil RİM), 60 m məsafəyə qaçışda I yerə Alyona Setina (Ümid İK) layiq görülmüşlər.
     Yarışda hər növ üzrə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

11 01 2012 saat:14:22

< Qabaqkı   Sonrakı >
  dysbaku.az © 2012. All rights reserved. web design by fwd